Pakistan tərəfinin Əfqanıstanın Xost və Paktika vilayətlərinə endirdiyi zərbələr nəticəsində azı 19 mülki şəxs həlak olub, 26 nəfər yaralanıb.
Bu barədə “Taliban” hərəkatı hökumətinin mətbuat katibinin müavini Həmdulla Fitrat məlumat verib.
Onun sözlərinə görə, atəş nəticəsində yaşayış evləri hədəfə alınıb. Kabulda baş verənlər mülki infrastrukturun qəsdən vurulması kimi qiymətləndirilir.
Bildirilir ki, ölən və yaralananların əhəmiyyətli hissəsini qadınlar və uşaqlar təşkil edir.
Rəsmi İslamabad isə məlumat yayımlandığı ana qədər hadisə ilə bağlı açıqlama verməyib.

