ABŞ Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, İranda hakimiyyət dəyişikliyi, eləcə də nüvə proqramı və raket arsenalının tam məhv edilməsi ehtimalı aşağıdır. Bu barədə The Washington Post məlumat yayıb.
Məlumata görə, bu vəziyyət fonunda Tramp öz “qələbəsini” elan edə biləcəyi variantlar üzərində düşünür.
Bildirilir ki, ABŞ lideri həmçinin Hörmüz boğazına nəzarəti ələ keçirmək variantını da nəzərdən keçirir. Məqsəd isə qlobal iqtisadiyyata zərər vermədən İrana qarşı zərbələr endirmək imkanı əldə etməkdir.

