Tehran mümkün danışıqlarda dialoqu ABŞ-ın vitse-prezidenti J.D. Vance ilə aparmağa üstünlük verdiyini Vaşinqtona çatdırıb. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran tərəfi ABŞ administrasiyasına açıq şəkildə bildirib ki, prezidentin xüsusi nümayəndəsi Steve Witkoff və Donald Trumpın kürəkəni Jared Kushner ilə danışıqları bərpa etmək istəmir.
“İran nümayəndələri administrasiyaya çatdırıb ki, Witkoff və Kushner ilə danışıqlar istəmirlər və J.D. Vance ilə işləməyi üstün tuturlar.”
Bu mövqe qeyri-rəsmi kanallar vasitəsilə ötürülüb və etimad çatışmazlığını açıq şəkildə göstərir. Mənbələrə görə, əvvəlki danışıqların pozulması və ABŞ-ın hərbi əməliyyatlara başlaması Tehranın bu fiqurlara inamını ciddi şəkildə zəiflədib.
Bunun əksinə olaraq, J.D. Vance İran tərəfindən daha fərqli qəbul olunur.
“Belə təəssürat yaranır ki, Vance münaqişəni bitirməyə yönələcək.”
Mənbələrin sözlərinə görə, o, həm Witkoff, həm Kushner, hətta ABŞ dövlət katibi Marco Rubio ilə müqayisədə daha çox müharibəni sonlandırmağa meylli fiqur kimi görünür.

