Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda Moskvanın mövqeyi ilə bağlı iddialara cavab verib.
O bildirib ki, İran Rusiya üçün strateji tərəfdaşdır, lakin Moskva birbaşa Tehranın müdafiəsindən çox beynəlxalq hüququn prinsiplərinə söykənir.
“Biz yalnız İranın deyil, ABŞ və İsrailin addımlarından zərər görən bütün Körfəz ölkələrinin maraqlarını nəzərə alırıq.”
Lavrov eyni zamanda vurğulayıb ki, Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlıq mövcuddur, lakin Moskva kəşfiyyat dəstəyi verdiyi ilə bağlı ittihamları qəti şəkildə rədd edir.
“Biz müəyyən hərbi məhsulların tədarükünü təmin edirik, amma kəşfiyyat dəstəyi ilə bağlı iddialar həqiqəti əks etdirmir.”
Nazir ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarına da toxunub. Onun sözlərinə görə, bu bazaların mövqeləri hamıya məlumdur və onların əsas funksiyası kəşfiyyat məlumatlarının toplanmasıdır.
Lavrov əlavə edib ki, bu səbəbdən İranın həmin obyektləri hədəf alması gözlənilməz deyil.
“ABŞ hərbçilərinin əvvəlcədən bu bazalardan çıxarılması onların nə baş verəcəyini bildiyini göstərir.”
O, həmçinin Vaşinqtonu sərt şəkildə tənqid edərək bildirib ki, ABŞ öz hərəkətləri ilə regionda gərginliyi artırır və müttəfiqlərini risk altında qoyur.
“Onlar bu proseslə ərəb müttəfiqlərini faktiki olaraq tərk edir və xəyanət edirlər, deyə Lavrov bildirib.

