İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı quru əməliyyata başlaya və Xark adasına hərbçilər göndərə bilər. Bu barədə Al Jazeera məlumat yayıb.
Onun sözlərinə görə, belə bir addım atılacağı təqdirdə ABŞ qoşunlarının geri qayıdıb-qayıtmayacağına artıq Tehran qərar verəcək.
“Tramp qoşun göndərə bilər... Amma onların geri qayıdıb-qayıtmayacağını artıq biz müəyyən edəcəyik”, deyə Aref bildirib.

