ABŞ Prezidenti Donald Tramp İranın Xark adasını ələ keçirərək neftinə nəzarət etmə ehtimalını istisna etməyib. Bu barədə Financial Times məlumat yayıb.
Onun sözlərinə görə, belə bir əməliyyat Tehranın müdafiəsinin zəif olması halında və ABŞ qüvvələri üçün minimal risklə həyata keçirilə bilər.
Tramp bildirib ki, İran neftinin ələ keçirilməsi variantı ona daha cəlbedici görünür, baxmayaraq ki, ABŞ-da bəziləri bunu zəruri hesab etmir.
“Xark adasında müdafiə zəifdir və əməliyyatı həyata keçirmək nisbətən asan ola bilər.”
O əlavə edib ki, adaya nəzarət ələ keçirilərsə, ABŞ qüvvələri orada müəyyən müddət qalmalı olacaq.
Prezident vurğulayıb ki, belə bir əməliyyat amerikalı hərbçilər üçün ciddi çətinlik yaratmayacaq.

