İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkə aqressorlara qarşı müharibəni ən azı yarım il davam etdirə bilər.
O, bu barədə “Əl-Cəzirə” telekanalına açıqlamasında danışıb.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın müharibənin bir neçə həftə ərzində bitəcəyi ilə bağlı fikirlərinə cavab kimi səsləndirilib.
“Biz özünümüdafiə üçün heç bir son tarix müəyyən etmirik. Ölkəmizi və xalqımızı lazım olduğu qədər və bütün zəruri vasitələrlə müdafiə edəcəyik”
Nazir vurğulayıb ki, rəqiblərin özləri üçün müəyyən etdiyi vaxt çərçivələri İran üçün əhəmiyyət kəsb etmir.
Eyni zamanda o, qarşı tərəfə müharibəni tam şəkildə dayandırmağı tövsiyə edib, əks halda itkilərin davam edəcəyini bildirib.
Araqçi əlavə edib ki, münaqişənin dayandırılması regionda ümumi sülhün təmin olunması ilə müşayiət olunmalıdır.

