Finlandiyanın milli-konservativ “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitini sərt tənqid edib. O, X sosial şəbəkəsində yazıb ki, görüş real nəticə verməyib.

Sammit Ermənistanda uğursuz oldu, heç bir real qərar qəbul edilmədi, deyə Mema bildirib.
Onun fikrincə, Avropa İttifaqı Ukrayna ilə bağlı uğursuz siyasət yürütməkdə davam edir. Siyasətçi hesab edir ki, Avropa liderləri diplomatik həll axtarmaq əvəzinə Rusiya ilə münaqişəni uzatmağa çalışır, halbuki regionda artıq enerji böhranı formalaşır.
Mema İrəvandakı sammiti “bütün səviyyələrdə avrointihar” kimi qiymətləndirib. Onun sözlərinə görə, sanksiyalar ləğv edilsə və Aİ Rusiyadan enerji idxalını bərpa etsəydi, görüş daha uğurlu ola bilərdi.

