ABŞ Federal Təhqiqatlar Bürosu və Milli Təhlükəsizlik Agentliyi ölkədə ev və ofis marşrutlaşdırıcılarının kütləvi şəkildə sındırılması kampaniyası barədə məlumat yayıb. Bu barədə 9to5Mac yazır.
Xüsusi xidmət orqanları hücumda APT28 haker qruplaşmasını ittiham ediblər. Bu qruplaşma Fancy Bear adı ilə də tanınır.
Problemin miqyasını qiymətləndirmək üçün FTB və MTА məhkəmə icazəsi alaraq bir neçə min yoluxmuş cihazın parametrlərini uzaqdan sıfırlayıb.
Qeyd olunur ki, bu tədbir müvəqqəti xarakter daşıyır və zəiflik problemini tam həll etmir. Təhlükəsizlik yeniləmələri artıq almayan TP-Link marşrutlaşdırıcılarının sahiblərinə bu cihazları mümkün qədər tez müasir və aktual təhlükəsizlik yeniləmələrini dəstəkləyən modellərlə əvəz etmək tövsiyə olunur.
Bundan əlavə, xüsusi xidmət orqanları avtomatik yeniləmələri aktivləşdirməyi, həmçinin istifadəçi adları və parolları dəyişməyi məsləhət görür.

