Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa ilə bağlı çıxışını titrək səslə başa vurub.
Sky News xəbər verir ki, altı dəqiqədən bir qədər çox davam edən nitqin sonunda siyasətçinin kövrəldiyi müşahidə olunub.

Starmer çıxışında vəzifədən ayrıldıqdan sonra ailəsinə daha çox vaxt ayıracağını bildirib.
“Ölkənin ən yüksək vəzifəsindən gedəndə, ən vacib işimə daha çox vaxt ayıracağam: möhtəşəm həyat yoldaşım üçün mümkün qədər yaxşı ər, gözəl övladlarım üçün isə daha yaxşı ata olmaq”, — deyə Starmer qeyd edib.


