ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqlarda münaqişənin başa çatdırılması üzrə yekun razılaşmanın hazırlanması üçün möhkəm əsas yaradılıb.
RIA Novosti xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens bildirib.
Onun sözlərinə görə, tərəflər gələcək yekun saziş üçün mühüm irəliləyiş əldə ediblər.
“Biz uğurlu yekun saziş üçün çox yaxşı əsas yaratdıq. Yekun saziş bir evdirsə, biz onun təməlini qoyduq. Evi tikməmişik, amma yaxşı təməl yaratmışıq”, — deyə Vens qeyd edib.
DenMedia.az

