ABŞ və İran arasında sülh danışıqlarında kiçik irəliləyiş əldə olunub.
Bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərini TASS yayıb.
Rubionun sözlərinə görə, tərəflər arasında dialoq müəyyən qədər irəliləyib, lakin bunu böyük dönüş kimi qiymətləndirmək hələ tezdir.
Kiçik irəliləyiş var. Mən bunu şişirtmək istəmirəm, amma müəyyən irəliləyiş müşahidə olunur və bu, yaxşı haldır,
— deyə Marko Rubio qeyd edib.
Dövlət katibi həmçinin bildirib ki, İran Hörmüz boğazından keçid üçün ödəniş sistemi tətbiq etməyə çalışır və Omanı da bu təşəbbüsə qoşulmağa inandırmaq istəyir.
Rubio vurğulayıb ki, dünyada heç bir ölkə buna razı olmamalıdır. Onun sözlərinə görə, beynəlxalq su yolundan keçid üçün ödəniş alınmasını dəstəkləyən hər hansı tərəf tanımır.
ABŞ rəsmisi əlavə edib ki, əgər bu addım Hörmüz boğazında reallaşsa, gələcəkdə dünyanın daha beş strateji keçid nöqtəsində də oxşar ödənişlər tətbiq oluna bilər.

