ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına İspaniyanın muxtar Seuta şəhərinə səfər planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edib.
Qurumun 1 avqust şənbə günü yaydığı xəbərdarlıqda bildirilib ki, Mərakeşdən Seutaya kütləvi və nəzarətsiz miqrant axını şəhərdə təhlükəsizlik baxımından gözlənilməz və təhlükəli vəziyyətlərə səbəb ola bilər.
Dövlət Departamenti mümkün iğtişaşlar və ictimai asayişin pozulması riskinə görə amerikalılara səfərlərini təxirə salmağı və ya ləğv etməyi məsləhət görüb.
Yaranmış vəziyyətlə əlaqədar İspaniya hakimiyyəti silahlı qüvvələri Seutaya cəlb etməyə məcbur olub.
ABŞ qurumu həmçinin İspaniyaya səfər edən vətəndaşlara ölkə üzrə ümumilikdə terror təhlükəsini nəzərə alaraq yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib.

