Böyük Britaniya, Bolqarıstan və Ukrayna Tehrana ABŞ-nin İrana qarşı mümkün yeni hərbi əməliyyatında iştirak etməyəcəkləri barədə təminat veriblər.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai dövlət televiziyasına açıqlamasında bildirib ki, son 24 saat ərzində bu ölkələrdən çoxsaylı telefon zəngləri daxil olub.
Onun sözlərinə görə, danışıqlar zamanı həmin dövlətlərin İranla müharibədə iştirak etməyəcəkləri bildirilib.
Bəqai deyib:
“Son 24 saat ərzində Böyük Britaniya, Bolqarıstan və Ukraynadan çoxsaylı zənglər daxil olub. Söhbət onların İranla müharibədə iştirak etməyəcəklərindən gedirdi.”

