ABŞ iyunda imzalanmış İslamabad memorandumu üzrə öhdəliklərinə yenidən qayıtmağa hazır olduğunu vasitəçilər vasitəsilə İrana çatdırıb.
IRNA agentliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi açıqlayıb.
O bildirib ki, ABŞ-nin İranla hazırda danışıqlar apardığına dair iddiaları həqiqəti əks etdirmir və tərəflər arasında birbaşa danışıqlar yoxdur.
Bununla belə, İran rəsmisinin sözlərinə görə, Tehran ABŞ-dan mesajlar alıb və həmin mesajlar Vaşinqtonun memorandum üzrə öhdəliklərinə tam qayıtmağa hazır olduğunu göstərir.
Qəribabadi deyib:
“ABŞ-nin İranla danışıqlar apardığına dair iddiaları həqiqətə uyğun deyil. Heç bir danışıqlar yoxdur. Lakin biz ABŞ-dan mesajlar almışıq və bu mesajlar onların öhdəliklərinə tam qayıtmağa hazır olduğunu göstərir.”

