NATO Hörmüz boğazından keçən kommersiya gəmilərinə yardım göstərmək imkanını nəzərdən keçirir.
Bu barədə Bloomberg agentliyi Alyansın adı açıqlanmayan yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əgər iyul ayına qədər Hörmüz boğazında sərbəst gəmiçilik bərpa olunmasa, belə bir qərar qəbul edilə bilər.
Rəsmi bildirib ki, bu tədbir NATO-ya üzv olan bir neçə ölkə tərəfindən dəstəklənib. Bununla belə, qərarın yekunda qəbul edilib-edilməyəcəyi hələlik məlum deyil.
Agentlik qeyd edir ki, bu cür addımlar NATO-nun Hörmüz boğazı ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir. Çünki əvvəllər Alyans ölkələri boğazda gəmiçiliyin qorunması missiyasını yalnız hərbi əməliyyatlar dayandırıldıqdan sonra keçirməyə hazır idi.

