İran və Oman arasında Hörmuz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı danışıqlar yekun mərhələyə çatıb.
İranın xarici işlər naziri Abbas Araqçi bu barədə “Telegram” kanalında məlumat verib.
Diplomat bildirib ki, keçirdiyi görüşlərlə bağlı hesabatı artıq hökumətə təqdim edib.
Araqçi qeyd edib:
“Danışıqlar son mərhələdədir və yekunlaşmağa yaxınlaşır.”

