Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlayıb.
Zelenski sosial şəbəkə hesabında bildirib ki, tərəflər Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.
Ukrayna liderinin sözlərinə görə, Nyu-Yorkda keçiriləcək görüş «çox şeyi dəyişə bilər». O, baş verənləri diplomatik prosesin bir hissəsi kimi qiymətləndirib.
Zelenski Trampla telefon danışığının əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, tərəflər «bir çox mövzunu» müzakirə ediblər, lakin Ukrayna Prezidenti danışıqların təfərrüatını açıqlamayıb.

