16 
mar
2024
10:32
122

İki yük maşını toqquşdu, sürücü xilas edildi - Video

16 mar, 2024
10:32
122

İki yük maşını toqquşdu, sürücü xilas edildi - Video

Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində iki yük maşını toqquşub.

“Den.az” xəbər verir ki, yol-qəza hadisəsi zamanı “KAMAZ” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1966-cı il təvəllüdlü Zeynalov Əfqan Böyükkişi oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar