16 
mar
2024
13:41
350

Bakıda qadın kişilərlə birləşib "Porsche"nin nömrəsini oğurladı - VİDEO

16 mar, 2024
13:41
350

Bakıda qadın kişilərlə birləşib "Porsche"nin nömrəsini oğurladı - VİDEO

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porsche” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu ərazisində oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Bayramov Şahin, Əsədov Xəyal və dəstə üzvü olan bir qadın saxlanılılıblar. Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb.

Araşdırma zamanı saxlanılanların narkotik vasitə aludəçisi olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmamaları araşdırılır.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar