24 
noy
2023
09:56
194

Bakıda ticarət mərkəzindən bahalı paltarlar oğurlandı

24 noy, 2023
09:56
194

Bakıda ticarət mərkəzindən bahalı paltarlar oğurlandı

Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 2900 manat dəyərində 4 ədəd gödəkcənin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar