23 
apr
2024
16:49
111

Bakıda idman zalını qarət edən bu şəxs imiş - FOTO / VİDEO

23 apr, 2024
16:49
111

Bakıda idman zalını qarət edən bu şəxs imiş - FOTO / VİDEO

Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib.

Den.az xəbər verir ki, obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib. Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub.

Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib.

E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar