Sumqayıtda azyaşlı uşağı it dişləyib.
Bu barədə "Den.az"a uşağın yaxınları məlumat verib.
Məlumata görə, 2013-cü ildə anadan olan Nəzərov Hüsey Vasif oğlu günorta saat 12:00 radələrində vəhşi heyvanın hücumuna məruz qalıb.
Nəticədə 11 yaşlı uşaq ayağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.
Qeyd edək ki, hadisə Sumqayıt şəhər "Xəzər Bağları" massivində baş verib.
Müşviq Tofiqoğlu
Den.az
Sumqayıtda itlər azyaşlıya hücumu etdi - FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.