24 
iyn
2023
00:24
301

Yevlaxda ağır yol qəzası zamanı polis əməkdaşı ölüb

24 iyn, 2023
00:24
301

Yevlaxda ağır yol qəzası zamanı polis əməkdaşı ölüb - FOTO

Yevlaxda ağır yol qəzası olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərrəmov "Renault" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışırdı.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar