Sumqayıtda baş verən ağır yol qəzasında 12 nəfər xəsarət alıb.
Bu barədə Den.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Belə ki, Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.




