Xəbər verdiyimiz kimi , Sumqayıtda yanvarın 5-də Xəzər bağlarında 42 yaşlı Mikayıl Şərifov münaqişə zamanı qonşusu, 67 yaşlı Mehparə Ələkbərovaya kərki ilə xəsarət yetirib.
Qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilən qadın bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
***
Sumqayıtda qonşular arasında dava olub, qadın dəmirlə döyülüb.
Den.az xəbər verir ki, səbəbi bilinməyən mübahisə zamanı 42 yaşlı Mikayil Şərifov qonşusu 67 yaşlı Mehparə Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin törətməkdə üşbhəli bilinən Mikayıl Şərifov saxlanılıb. Faktla bağlı Sumqayıt şəhər Pİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Sumqayıtda dəmir parçası ilə döyülən qadın ÖLDÜ-VİDEO-YENİLƏNİB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.