Goranboy rayonunun Qarasüleymanlı kəndində baş verən hadisənin bəzi təfərrüatları məlum olub.
“Den.az”un yerli bürosunun məlumatına görə, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb.
Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar. Ehtimal edilir ki, Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edən şəxs həmin partlayıcı maddəni müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapıb. Hazırda hüquq-mühafizə orqanları cinayət əməlində şübhəli bilinən şəxsin dindirilməsini həyata keçirir.
Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Goranboyda kişi ailəsini niyə öldürmək istəyib? TƏFƏRRÜAT

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.