Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
"Den.az"-ın yerli bürosunun məlumatına görə bədbəxt hadisə rayonunun Nərimanabad qəsəbəsində baş verib.
Qəsəbə sakini 1988 - ci il təvəllüdlü Elvin Taryel oğlu Əliyev həyətində iş görərkən, ehtiyatsızlıqdan su çəni onun üzərinə düşüb. E.Əliyev xəstəxanaya çatdırılanda, yolda ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.