Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.
Bu barədə “Den.az”a Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd olunub ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olub.
Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.