Astara rayonunda suda boğulma təhlükəsi ilə aşkarlanan uşaq rayon xəstəxanasına çatdırılıb.
“Den.az” xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində olub.
Belə ki, kənd sakini 2024-cü il təvəllüdlü uşağı axtaran yaxınları onu su hovuzunda huşsuz vəziyyətdə tapıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan azyaşlının vəziyyəti ağır qiymətləndirilir.