19 
mar
2024
23:44
140

Lənkəranda FACİƏ: Hamamda huşunu itirən gənc qadın öldü

19 mar, 2024
23:44
140

Lənkəranda FACİƏ: Hamamda huşunu itirən gənc qadın öldü - FOTO

Lənkəranda bədbəxt hadisə baş verib.

Den.az
-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.

Kənd sakini, 22 yaşlı Səkinə Balağa qızı Məmmədova hamam otağında huşsuz vəziyyətdə tapılıb.

S.Məmmədova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər bildirir ki, o, xəstəxanaya gətirilərkən yolda ölüb.

Yaxınları onun epilepsiya xəstəliyinin olduğunu deyirlər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar