Xəbər verdiyimiz kimi , Abşeronda 16 yaşlı qızın qəsəbənin mollası tərəfindən qaçırıldığı iddia olunur.
“Den.az”-ın məlumatına görə, hər kəsi şoka salan hadisə rayonun Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.
Qaçırılan 16 yaşlı Nəzrin Babayevanın atası Emin Babayevdən baş verən hadisə ilə bağlı münasibət öyrəndik. Qızın atası deyib ki, Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Tahirov qızı zorla qaçırıb. Dah doğrusu , oğurlayaraq Göyçayın Qaraməryəm qəsəbəsinə aparıb.
Bildirilib ki, 4 ildir qəsəbədə mollalıq edən şəxs əvvəllər ailəli olub. Boşandıqdan sonra məsciddə gəlib gedən qızlara baxırmış. Elə onun toruna Nəzrin Babayeva düşüb.
Emin Babayevin sözlərinə görə, baş verən hadisədən sonra Molla Turab Tahirov tutduğu vəzifəsindəndə azad edilib.
Qızın ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Nizami Rəsulov