Dəhşətli yanğın olub.
Belə ki, Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksində yerləşən çoxmərtəbəli binanda yanğın baş verib.
“Den.az” bu barədə “NTV Türkiye”yə istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı biri uşaq olmaqla 3 nəfər həyatını itirib, 7-si yanğınsöndürən olmaqla 39 nəfər dumandan zəhərlənib.
Ölənlərdən biri 3,5 aylıq körpədir. Xəsarət alan bir nəfərin vəziyyəti isə ağırdır.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.



