Xəbər verdiyimiz kimi, Abşeron rayon Qobustan kənd sakini çayda balıq tutarkən dərəlik ərazidən qopan torpaq qat 38 yaşlı Rəşad Əhmədovun üstünə düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə vaxtı onunla birlikdə olan digər balıqçı Niyaməddin Osmanov isə xəsarət alıb. Yaralı kənd sakinlərinin köməkliyi ilə xəstəxanaya aparılıb. Rəşad Əhmədovun nəşi isə aidiyyatı üzrə təhvil verilib.
Qohumlarının DenazTv-yə verdiyi açıqlama bildirilir ki, Rəşad Əhmədov dostu və övladları ilə birlikdə həmin çaya balıq tutmaq üçün gedibmiş. Rəşad həvəskar balıqçı imiş. Uşaqları isə yaxınlıqda olan gölməçədə çimiblər. Soyuq olmasın deyə onları dostu ilə birlikdə avtomobilə yola salıb. Birdən uşaqlar qışqırıb ki, torpaq uçdu , at qaç. Elə hər şeydə bundan sonra baş verib. Mərhumun 3 azyaşlı övladı qalıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.