Xəbər verdiyimiz kimi, Abşeronda Dost mərkəzində güclü yanın olub.
Denmedia.az xəbər verir ki, hadisə Xırdalan şəhər Gənclər şəhərciyində qeydə alınıb.
Hadisə şahidlərinın verdiyi məlumata görə, alov qısa vaxt ərzində genişlənib. Əraziyə dərhal FHN -nin yanğınsöndürənləri cəlb olunub. Polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb.
Hadisə baş verən əraziyə Dost mərkəzinin və Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarıda gəlib.
Qeyd edək ki, Dost mərkəzi artıq ikinci dəfədir yanır. Faktla bağlı araşdırma aparılır.