Bakı şəhərinin Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
DenMedia.az-ın əldə etdiyi məlumata görə, təqribən 50-55 yaşlı kişi telefonla əsəbi halda danışarkən qəfil yıxılıb. Bu zaman onun başı betona dəyib. Aldığı ağır xəsarətlər nəticəsində kişi hadisə yerində ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, hər şey anidən baş verib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Ellada Rəsul
DenMedia.az