Ağdaş rayonunda ürəkyandıran hadisə baş verib.
DenMedia.az-ın yerli bürosu xəbər verir ki, rayonun Molla Pənah Vaqif küçəsində yaşayan 2014-cü il təvəllüdlü Yaqub Hacıyev həyətlərində oynayarkən ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurub.
Hadisə qəfil baş verib və azyaşlı aldığı ağır xəsarətlərdən elə yerindəcə dünyasını dəyişib.
Uşağın atası Yusif Hacıyev yaşananları göz yaşları içində belə xatırlayıb:
“Biz ora çatanda uşaq artıq inildəyirdi. Çata bilmədik, görmədik. Xəstəxanadan da bizə bir şey demədilər, artıq gec idi...”
Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov
DenMedia.az