Bakının Yasamal rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə zamanı 07 markalı avtomobil yolu keçmək istəyən 45 yaşlı qadını vurub. Ağır zərbədən qadın hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, qadının şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Əraziyə polis əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Qəza ilə bağlı araşdırma aparılır.
Ellada Rəsul