ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində 5 yaşlı qızcığaz yaşıdlarından ibarət qrupun qəddar hücumuna məruz qalıb.
DenMedia.az xəbər verir ki, hadisə barədə Daily Mail yerli polis və zərərçəkənin anasına istinadla məlumat yayıb.
“Onlar A’Marinin əlindən tutub onu evdən uzaqda olan bir sahəyə apardılar. Orada qızımı o vaxta qədər döydülər ki, o, huşunu itirdi,” – deyə anası bildirib.
Qadının sözlərinə görə, uşaqlar qızı başından ağır şəkildə yaralayıb, hətta boğazına çubuq salmağa cəhd ediblər.
Polis hadisəni təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb — çünki hücumda iştirak edənlərin hamısı 10 yaşdan kiçikdir.
Ananın dediyinə görə, qız yalnız fiziki deyil, həm də dərin psixoloji travma alıb.