31 
may
2023
08:47
167

Kürdəmirdə avtomobil aşıb, iki nəfər ağır yaralanıb

31 may, 2023
08:47
167

Kürdəmirdə avtomobil aşıb, iki nəfər ağır yaralanıb -FOTO

Kürdəmirdə idarəetmədən çıxan avtomobil yoldan xeyli kənara aşıb,xəsarət alanlar var.



"DEN.AZ"-ın yerli bürosu xəbər verir ki,hadisə rayonun Bayraq meydanı ərazisində qeydə alınıb.Belə ki,"KİA RİO" markalı avtomaşın həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb və nəticədə yoldan bir neçə metr aralı düşüb.Qəza zamanı avtomobildə olan rayonun Muradxan kənd sakinləri 1996-cı il təvəllüdlü Qəribov Vüqar Sarvan oğlu və onun sinif yoldaşı 1996-cı il təvəllüdlü Baxşıyev Məhəmməd Azad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar