20 
noy
2023
22:13
109

Kürdəmirdə ağır yol qəzası: Xəsarət alanlar var-FOTOLAR

20 noy, 2023
22:13
109

Kürdəmirdə ağır yol qəzası: Xəsarət alanlar var-FOTOLAR

Kürdəmirdə ağır yol qəzası baş verib,xəsarət alanlar var.
Den.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqallı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ 2106 markalı avtomaşın adı çəkilən yolda hərəkətdə olarkən,əks istiqamətdə hərəkət edən VAZ 21011 markalı avtomaşınla toqquşub.Nəticədə hər iki avtomobildə olan 4 nəfər Ağsu rayon sakinləri 26 yaşlı Hüseynov Məhərrəm Əfqan oğlu,36 yaşlı Əhmədov Elməddin Şakir oğlu,46yaşlı Kərimov Alim Arif oğlu və 40 yaşlı Məhərrəmov Seymur Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar dərhal  təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar