Kürdəmirdə canavarlar kəndəki xırdabuynuzlu heyvanlara hücum edib.
DenMedia.az xəbər verir ki, hadisə rayonun Çölqubalı kəndində qeydə alınıb.Belə ki vəhşi heyvanların hücumu zamanı kənd sakini Şahin Səfərovun təsərrüfatında 16 baş xırdabuynuzlu heyvan tələf olub.Kənd sakinlərinin sözlərinə görə meşəlik və sıx yulğunluqla əhatə olan kəndə mütəmadi olaraq vəhşi heyvanlar hücum edir. Son 1 həftə ərzində sakinlərin saxlac yerlərinə sürü halında hücüm edən canavarlar kənd sakinlərinin onlarla qoyununu tələf edib, bir neçəsini isə ağır yaralayıb.
Sakinlər bildirir ki,canavarlar nəinki mal-qaraya hətta insanlarda hücum çəkir.Hətta ötən il qonşu kənd sakinlərindən birinə hücum edib əl- ayağın yaralamışdılar.Onlar aidiyyətı qurumlardan yaranmış problemin aradan qaldırılmasını istəyirlər.
AQİL ƏSƏDOV
Denmedia.az

