Çin safari-parkında planlı çıxış faciə ilə nəticələnə bilərdi. Cirki nömrə zamanı ayı məşqçiyə hücum edib, xəbər verir DenMedia.az.
Hadisəyə kişinin çantasında olan yerkökü və alma səbəb olub: ayı təzə yeməyin qoxusunu hiss edib.
Tamaşaçıların gözü qarşısında gənc Himalay ayısı məşqçini bir neçə dəfə yerə yıxıb, çantadakı yeməyi ələ keçirməyə çalışıb. Məşqçi təkbaşına vəziyyəti nəzarətə ala bilməyib, lakin digər əməkdaşlar vaxtında müdaxilə ediblər və heyvan uzaqlaşdırılıb.
Park administrasiyası hadisəni təsdiqləyib və ciddi nəticələrin qarşısının alındığını bildirib. Nə məşqçi, nə də heyvan xəsarət almayıb. Safari-park yeməklə bağlı nömrələrə görə təhlükəsizlik protokollarını yenidən nəzərdən keçirəcəyini açıqlayıb.

