Amerikalı aktyor və rejissor Tommi Li Consun qızı Victoria Jones Kaliforniyada yerləşən Fairmont San Francisco otelində ölü tapılıb. Bu barədə TMZ məlumat yayıb.
Nəşrin yazdığına görə, 34 yaşlı Viktoriyanın ölümü hadisə yerinə çağırılan tibb işçiləri tərəfindən təsdiqlənib.
Məlumatda qeyd olunur ki, hazırda ölümün səbəbi məlum deyil və rəsmi qurumlar əlavə detallar açıqlamayıb.

