Vanguard News yazır ki, Nigeriyada silahlı dəstə yaşayış məntəqəsinə hücum edib, nəticədə 40-dan çox insan qətlə yetirilib, daha bir neçə nəfər isə qaçırılıb.
Məlumata görə, hücum Niger ştatında yerləşən qəsəbələrdən birində baş verib.
“Banditlər yenidən Niger ştatında qəsəbəyə hücum ediblər. Nəticədə ən azı 42 nəfər, o cümlədən uşaqlar öldürülüb, onlarla sakin isə qaçırılıb”, — deyə materialda bildirilir.
Qeyd olunur ki, silahlılar qəsəbədə kütləvi dağıntılar törədib, həmçinin yerli bazarı yandırıblar. Hadisə bölgədə ciddi qorxu və gərginliyə səbəb olub.

