Qahirə şəhərində iki mağaza qəfil yerin altına çöküb. Sosial şəbəkələrdə yayılan videolarda binaların tədricən aşağı doğru çökməsi açıq şəkildə görünür. Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb, DenMedia.az xəbər verir.
Qeyd olunur ki, cəmi bir neçə dəqiqə ərzində hadisə yerində təxminən 15 metr diametrində dərin çuxur əmələ gəlib və mağazalar məhz həmin çuxura düşüb. İlkin ehtimallara görə, yaxınlıqda aparılan tikinti işləri çökməyə səbəb ola bilər: qonşu sahədə torpaq işləri görülür və iri kotlovan qazılırdı.
Yerlı polisə istinadən bildirilir ki, mağazalarda olan iki nəfər xilas edilib. Onlar yüngül xəsarətlər alıblar.

