Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
DenMedia.az report-a istinadən xəbər verir ki, bu barədə qərarı Nizami rayon məhkəməsi qəbul edib.
Nizami rayon prokurorluğu yeniyetməyə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham irəli sürüb. Həmin maddə qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda hallarını nəzərdə tutur.
Xatırladaq ki, fevralın 2-də azyaşlı qız anası döyülən zaman atasına, Rüfət Həşimova, bıçaqla xəsarət yetirib. Kişi ertəsi gün xəstəxanada dünyasını dəyişib.

