ABŞ-ın Uilyamsport şəhərində yerləşən Olive Garden restoranının əməkdaşı istehsalatda baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib. Bu barədə Daily Star məlumat yayıb. Polisin verdiyi məlumata görə, insident zamanı işçinin baş nahiyəsi sənaye tipli fritözə düşüb. Hadisə zamanı həmkarları onu xilas etməyə çalışıb, bu zaman qadın əməkdaşlardan biri yüngül yanıq xəsarətləri alıb. Zərərçəkən dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faciədən sonra restoran bir neçə gün müddətinə bağlanıb. Müəssisənin rəhbərliyi hadisə ilə bağlı şərh verməkdən imtina edib. İnsidentin dəqiq səbəbi açıqlanmır.
İş yerində qorxu dolu anlar: Restoran əməkdaşı qaynayan fritözə düşdü
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

