Kolumbiya prezidenti Qustavo Petro açıqlayıb ki, onu daşıyan helikopter mümkün sui-qəsd təhlükəsi səbəbilə planlaşdırılan marşrutu dəyişmək məcburiyyətində qalıb.
Prezident hökumətin YouTube kanalında yayımlanan iclas zamanı bildirib ki, helikopterin eniş etməli olduğu əraziyə çatmamasının səbəbi təhlükəsizliklə bağlı ciddi narahatlıqlar olub.
“Helikopterə atəş açıla biləcəyi ilə bağlı məlumat var idi. Mənimlə birlikdə uşaqlarım da helikopterdə idi,” – deyə Petro qeyd edib.
Onun sözlərinə görə, mümkün hücumun qarşısı alınıb və o, ölüm təhlükəsindən yayına bilib. Prezident əlavə edib ki, helikopter təxminən dörd saat açıq dəniz üzərində uçduqdan sonra planlaşdırılmayan başqa bir nöqtəyə enib.
Hadisə ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.

