Hindistan prezidenti Draupadi Murmunu daşıyan helikopter Kerala ştatındakı “Pramadam” stadionuna eniş etdikdən dərhal sonra təhlükəli vəziyyətlə üzləşib. The Times of India yazır ki, enişdən sonra meydançanın bir hissəsi çökməyə başlayıb və helikopter az qala betona batıb.
Hadisə zamanı polis və yanğınsöndürənlər cəld müdaxilə edərək helikopteri əllə təhlükəli zonadan uzaqlaşdırıblar.
Prezident Murmunun Keralaya dörd günlük rəsmi səfəri 21 oktyabrda başlayıb. O, Sabarimala məbədini ziyarət etməyi planlaşdırırdı.
Qeyd olunur ki, bu, Hindistanda helikopterlə bağlı ilk insident deyil — iyun ayında Dehradundan uçan bir helikopter Uttarakxand ərazisində qəzaya uğramışdı.